Nazirdən `Son zəng`lə bağlı YENİ ƏMR
09.06.2017 796 0.0 0

Təhsil naziri Mikayıl Cabbarov respublikanın ümumtəhsil məktəblərində ənənəvi “Son zəng” tədbirinin mütəşəkkil keçirilməsini təmin etmək məqsədi ilə əmr imzalayıb.

Məlumata görə, əmrdə qeyd edilir ki, “Son zəng” tədbiri 14 iyun 2017-ci il tarixdə hər bir müəssisənin ərazisində təşkil olunacaq.

Əmrə əsasən, “Son zəng” tədbirinə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin, sabiq məzunların dəvət olunması məktəb rəhbərlərinə tövsiyə edilməli, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görməlidirlər.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar