Nazir yeni rəisi kollektivə təqdim edib
11.06.2016 1133 0
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin yeni rəisi Ceyhun Həsənov bu gün kollektivə təqdim olunub.
Məlumata görə, yeni rəisi kollektivə ədliyyə naziri Fikrət Məmmədov təqdim edib.
Qeyd edək ki, C. Həsənov prezident İlham Əliyevin iyunun 10-da imzaladığı sərəncamla ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi təyin olunub.
C.Həsənov buna qədər Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olub.
Penitensiar xidmətin rəisi Mədət Quliyev 2015-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinə rəisi təyin edildikdən sonra Penitensiar Xidmətin rəisi vəzifəsi vakant qalırdı./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər