Nazir: Türkiyənin Rusiyadan raket kompleksləri alması ölkənin suveren hüququdur
14.11.2017 899 0.0 0

Türkiyənin Rusiyadan raket sistemləri almasına dair qərarı ölkənin suveren hüququdur.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bunu ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.

 

“Bu Türkiyənin suveren qərardır. Bununla belə, aydındır ki  raket sistemləri NATO-nun silahları ilə uyğun gəlməyəcək. Bunu təmin etmək mümkün deyil. Türkiyə bunu nəzərə almalıdır”, deyə C.Mettis qeyd edib.

 

Qeyd edək ki, Türkiyə Rusiyadan “S-400” zenit-raket kompleksləri alıb. Ölkə prezidenti Ərdoğan isə silahlara görə artıq ilkin ödənişin edildiyini təsdiqləyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar