Nazir müavini: Şikayətlərə operativ reaksiya veriləcək
09.02.2016 431 0
İqtisadiyyat Nazirliyində yeni yaradılan Apelyasiya Şurası sahibkarlıq subyektləri tərəfindən nazirliyin fəaliyyət sahəsinə dair daxil olan şikayətlərə qanunvericilik çərçivəsində baxacaq və müvafiq qərar qəbul edəcək.Qazeta.info "APA-Economics"-ə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
Nazir müavini həm elektron qaydada, həm də "195-2" Çağrı mərkəzi vasitəsilə Şuraya müraciət etməyin mümkün olacağını deyib. Nazirliyin bu Çağrı mərkəzinə qoşulduğunu deyən S. Məmmədov qeyd edib ki, mərkəzə daxil olan bütün müraciətlərə dərhal operativ reaksiya verilir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər