Nazir müavini: Gürcüstan TAP-dan əlavə həcmdə ucuz qaz gözləyir
20.05.2016 480 0.0 0

 "Gürcüstan TAP layihəsindən investisiya qoyuluşunun artmasını, enerji təhlükəsizliyinin güclənməsini, stabil tariflər və əlavə həcmdə ucuz qaz gözləyir".

Məlumata görə, bunu Gürcüstanın energetika nazirinin müavini Mariam Valişvili "Kommersant" nəşrinə müsahibəsində deyib.

 

Nazir müavini qeyd edib ki, layihə çərçivəsində Gürcüstan ərazisində iki kompressor stansiyası tikiləcək: "Çünki TAP layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu tərəfindən idarə olunan Bakı-Ərzurum qaz kəmərindən istifadə olunacaq. Gürcüstan ərazisində həyata keçirilən işlərin məhdudlaşdırılmasına baxmayaraq, satınalmaların dəyəri 400 milyon dollar təşkil edəcək. Bu işlərə 1000-ə yaxın insanın cəlb olunacağı gözlənilir".

 

Qaz tariflərinə gəlincə, M. Valişvili qeyd edib ki, layihənin qiymət siyasəti artıq razılaşdırılıb: "Bizim "Şahdəniz" konsorsiumu ilə mövcud olan əməkdaşlığımız davam edəcək. Fərq yalnız ondan ibarətdir ki, bu gün biz ölkəmizin ərazisindən keçən qazın 5%-i güzəştli şərtlərlə alırıq ki, bu da 300 milyon kubmetr qaz təşkil edir, TAP layihəsi istismara verildikdən sonra bu rəqəm 800 milyon kubmetrədək artacaq. Söhbət böyük həcmdə resursdan gedir. Bu resurs ölkəmizin enerji təhlükəsizliyini uzun illər təmin edəcək"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar