Nazir: Manat öz yerini tapmaqdadır
08.06.2017 780 0.0 0

"Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi, xarici şokların təsirinin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində ciddi addımlar atılır".

Məlumata görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan - Avropa İttifaqı biznes forumunda çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, görülən tədbirlərin nəticəsində bu ilin əvvəlindən milli valyutanın məzənnəsi möhkəmlənib: "Manatın məzənnəsi sabitləşib. Milli valyutamız öz yerini tapmaqdadır".

Bank sektorunun sağlamlaşdırılmasının mühüm vəzifələrdən biri olduğunu deyən Ş.Mustafayev əlavə edib ki, bu istiqamətdə ciddi addımlar atılır. "Biz bank sistemindən irəli addımlar gözləyirik. Biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılmasını mühüm vəzifə hesab edərək bu istiqamətdə bankların sağlamlaşdırılması ilə bağlı addımların sürətləndirilməsi əzmindəyik", - deyə nazir vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar