Nazir: Məqsədimiz valyuta bazarında gərginliyi azaltmaqdır
01.12.2016 808 0.0 0

"Bu il ölkədə həyata keçirilən fiskal-büdcə siyasəti gələn il də davam etdiriləcək". Məlumata görə, bunu Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə dövlət büdcəsinin layihəsini müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.


Onun sözlərinə görə, bank sistemində pozulmuş sabitlik, bir sıra bankların bağlanması, dollarlaşma meylləri, cari ilin ötən dövründə ÜDM-in azalması ölkənin üzləşdiyi yeni makroiqtisadi vəziyyətin mürəkkəbliyini göstərir: "Dayanıqlı iqtisadi inkişafın, artımın bərpa olunması üçün struktur və institusional islahatlar, bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsi özündə maliyyə və valyuta bazarında sağlam və dayanıqlı maliyyə vasitəçiliyinin bərpa olunması, qeyri-neft sektorunun ixracının artırılması və idxalın əvəzlənməsi kimi tədbirləri özündə əks etdirir. Manat emissiyasının azaldılması manatın məzənnəsinə təzyiqlərinin azalmasına səbəb olacaq. Bizim məqsədimiz valyuta bazarında gərginliyi azaltmaqla makroiqtisadi sabitliyə nail olmaqdır"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar