Nazir iki rayona yeni polis rəisi təyin edilib
28.04.2017 988 0
Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib.
Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Quliyev Mübariz İlyas oğlu vəzifəsindən azad edilib. O, Cəlilabad RPŞ-nin rəisi vəzifəsinə təyin edilib.
Nazirin digər əmri ilə Cəlilabad RPŞ-nin rəisi Namiq Əlihüseyin oğlu Camalov vəzifəsindən azad edilərək Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Namiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər