Nazir: Azərbaycanda fəhlə peşələri üzrə kadr azdır
20.06.2017 640 0.0 0

"Azərbaycanda fəhlə peşələri üzrə kadr azdır".

Məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, heç kim ağır, fiziki işlərdə çalışmaq istəmir: "Hazırda ölkədə taxıl biçimi vaxtıdır. Amma əksər rayonlarda traktorçu və kombaynçı tapmaq olmur, bu peşə sahiblərini tapmaq müşkülə çevrilib".

Nazir bildirib ki, ölkə üzrə peşə tədrisi mərkəzlərinin sayının artırılması planlaşdırılır: "Yaxın bir-iki ay ərzində Gəncədə peşə tədris mərkəzi istifadəyə veriləcək. Növbəti il ölkənin 5-6 regionunda belə mərkəzlərin yaradılması nəzərdə tutulur"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar