Nazir: ABŞ Suriyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
08.04.2017 707 0
Rəsmi Vaşinqton yaxın zamanlarda Suriyaya qarşı yeni sanksiyaların tətbiqini bəyan edəcək.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib.
“Suriyaya qarşı yeni sanksiyalar hazırlanır. Bununla bağlı yaxın zamanlarda əlavə məlumat veriləcək”, deyə nazir bildirib.
Aprelin 4-də Suriya aviasiyasının İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb. Aprelin 7-ə keçən gecə isə ABŞ-ın Aralıq dənizindəki hərbi gəmilərindən Suriya ordusunun aviabazasına 59 raket buraxılıb. Bu, ABŞ-ın Suriya hökumətinə qarşı ilk birbaşa zərbəsi olub.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər