Nazir: `Bu il manat 10% möhkəmlənib`
21.11.2017 772 0
Cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib.
Məlumata görə, bunu maliyyə naziri Samir Şərifov parlamentin bugünkü plenar iclasında 2018-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı bildirib.
"Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb", - nazir deyib.
S.Şərifov qeyd edib ki, bu ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb: "Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, 1,2 faiz profisit əldə olunub"./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər