Nazim Ağabəyovun məhkəmə istintaqı başa çatıb
11.04.2016 546 0
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məlumata görə, prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi aprelin 14-də davam etdiriləcək.
Qeyd edək ki, Meydan TV-nin direktoru Emin Millinin qaynı olan N. Ağabəyov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb.
Onu da qeyd edək ki, N. Ağabəyovun atası Mais Ağabəyov Azərbaycanın tanınmış rəssamlarından biridir./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər