NAZİRLƏRİN GÖRÜŞÜ BAZELDƏ BAŞ TUTA BİLƏR
03.11.2014 1270 0.0 0
“Bu münaqişə bir günün içində həll olunan deyil”

 

 “Dekabrın əvvəlində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bazeldə görüşü baş tuta bilər”. 

Məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

Nazir bildirib ki, Paris görüşündə çox geniş müzakirələr aparılıb: “Müxtəlif səviyyədə görüşlər keçirilib. Prezident Ollandla da görüşlər olub. Bu, bir addımdır, bir prosesdir. Olland açıqlamasında artıq sülh sazişi üzərində işləməyin vaxtının çatdığını vurğulayıb.

Bildiyiniz kimi, Madrid prinsipləri var. Doğrudur, bəzi məqamlar hələ razılaşdırılmayıb. Bu münaqişə bir günün içində həll olunan deyil. Hansı məqamlar qalıbsa, onların müzakirəsini davam etdirməliyik. Nyu-York görüşü bir təklifdir. Çox güman ki, dekabrın əvvəlində Bazeldə ATƏT-in XİN başçılarının görüşü zamanı Qarabağ münaqişəsi ilə bağlı da görüş olsun.

Danışacağıq, müzakirələr aparacağıq. Ola bilər ki, yaxın müddətdə yenə də prezidentlərin görüşünə ehtiyac yaransın”.

 

E. Məmmədyarov qeyd edib ki, Azərbaycan sülh sazişi üzərində işi bitirməyi vacib sayır: “Biz deyirik ki, əlaqələr yaransın, icmalar arasında da münasibətlər qurulsun. Amma ən önəmli addım qoşunların Azərbaycandan çıxmasıdır. Qoşunlar çıxarılsa, bir çox maneələr aradan qalxar, sülh üçün imkanlar yaranar”//APA


Teqlər:NAZİRLƏRİN GÖRÜŞÜ BAZELDƏ BAŞ TUTA

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar