Nazarbayev: Ucuz neftə alışmaq lazımdır
29.01.2016 473 0.0 0

 Neftin qiymətinin aşağı olmasına alışmaq lazımdır. "Tengrinews" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.
 
"Biz artıq yarım ildir ki, neftin 1 barelinin 30 dollar olduğu vəziyyətdə yaşayırıq. Lakin heç nə baş verməyib. Buna alışıb, belə yaşamaq lazımdır. Çünki bu proses uzun müddət davam edəcək", - deyə prezident vurğulayıb.
 
Ölkə başçısı əhalini "dolları yaddan çıxarmağa" çağırıb. "Bizim milli valyutamız təngədir, biz hesablaşmalarımızı təngə ilə aparırıq", - deyə N. Nazarbayev əlavə edib.
 
Təngənin devalvasiyasına toxunan prezident deyib ki, bu, qlobal iqtisadi konyunktura əsaslanan obyektiv proses idi./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar