Nazarbayev: Terrorizmlə mübarizə ordunun yeni fəaliyyət istiqamətidir
07.05.2017 733 0.0 0

Terrorizmlə mübarizə Qazaxıstan ordusunun yeni prinsipial fəaliyyət istiqamətidir.
 
TASS agentliyinə istinadən verilən məlumata görə, bunu bu gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstan Silahlı Qüvvələrinin yaradılmasının 25 illiyinə və Böyük Vətən Müharibəsində Qələbənin 72-ci ildönümünə həsr olunmuş hərbi parada çıxışı zamanı bəyan edib.
 
N. Nazarbayev deyib ki, hazırda Qazaxıstan Silahlı Qüvvələri modernləşməsinin tarixi mərhələsini yaşayır: “Ordunun yeni prinsipial fəaliyyət istiqaməti terrorizmlə mübarizədir. Qazaxıstan ordusu istənilən təhlükəni dəf etməyə hazır olmalıdır”.
 
Qeyd edək ki, hərbi parad Astanada “Qazax eli” monumentinin qarşısındakı meydanda keçirilir. Bu, son illər ən geniş masştablı hərbi paraddır. Hərbi parada 5 mindən çox hərbçi iştirak edir, 300 silah və texnika növü, 70-dən çox vertolyot və hərbi təyyarə nümayiş etdiriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar