Nazarbayev kiril əlifbasından latına keçid haqqında fərman imzalayıb
27.10.2017 692 0.0 0

Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax dili əlifbasının kirildən latına keçidi haqqında fərman imzalayıb.

Məlumata görə, bu barədə məlumat dövlət başçısının saytında yerləşdirilib.

Ölkə hökumətinə əlifbanın dəyişdirilməsi məsələləri üzrə xüsusi komissiyanın yaradılması tapşırığı verilib. Latın əlifbasına keçidin mərhələli şəkildə 2025-ci ilədək reallaşdırılması planlaşdırılır.

90-cı illərdə Azərbaycan, Türkmənistan, Özbəkistan və Moldova rəsmi səviyyədə kiril əlifbasından imtina edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar