Rusiya prezidenti Putin NATO – nun Rusiya torpaqlarını təhdit edəcəyi halda eyni şəkildə qarşılıq veriləcəyini söyləyib.
Məlumata görə, Rusiya prezidenti Vladimir Putin Finlandiya prezidenti Sauli Niinisto ilə birgə təşkil olunan mətbuat konfransında ABŞ – ın Baltik və Şərqi Avropa ölkələrinə 5 min əskər, tank və ağır silah yerləşdirmə planlarına sərt reaksiya göstərdi.
Təhditlərə boyun əyməyəcəklərini bildirən Putin xəbərdarlığını edib: “Rusiya başqa ölkələrin sərhədlərinə yaxınlaşmır, NATO isə Rusiya sərhəddinə doğru yaxınlaşır. Baş verənləri izləyir və analiz edirik. İndi narahatçılığa yol açacaq vəziyyətin olduğunu deyə bilmərik. Ancaq ölkəmizə qarşı təhlükə yaranarsa orduya müvafiq göstərişlər veriləcək”.
Rusiyanı NATO –nun fəaliyyətlərindən çox Avropada qurulacaq hava hücumundan müdafiə sistemləri narahat edir deyə Putin bildirib./anspress/