NATO-ya daha bir ölkə qəbul olunub
02.12.2015 878 0
ATO ölkələrinin xarici işlər nazirləri Monteneqronun alyansa qəbulunu təsdiqləyiblər.
APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, NATO baş katibi Yens Stoltenberq bu münasibətlə Monteneqronu təbrik edərək bunu çox gözəl birliyin başlanğıcı kimi dəyərləndirib.
Qeyd edək ki, Monteneqro NATO-nun 29-cu üzvü olmaq şansı qazanıb. Ölkənin alyansa qəbulu proseduru 1,5 il çəkə bilər. Rusiya Monteneqronun NATO-ya üzvlüyü ilə bağlı aparılan danışıqlara qarşı çıxış edir.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər