NATO təyyarələri Rus döyüş təyyarələrinə qarşı havaya qaldırıldı.
Rus döyüş təyyarələrinin son iki gün içində Qara dəniz, Baltik və Şimal dənizi ilə Atlantik okeanı üzərindəki uçuşlarının qeyri-adi şəkildə artdığı bildirildi.
NATO-nun hərbi yetkilisi Jay Janzen, dörd qrup Rus döyüş təyyarəsinin beynəlxalq hava sahəsində geniş miqyaslı manevrlər etdiyini açıqladı.
Norveç, İngiltərə, Portuqaliya, Almaniya və Türkiyəyə aid döyüş təyyarələrinin da buna qarşılıq olaraq havaya qaldırıldığını ifadə edib. NATO yetkilisi Rus Təyyarələrinin, NATO üzvü olan ölkələrin hava sahəsini pozuntu etmədi bildirib.
Uçuşlarla əlaqədar hər hansı bir hadisə yaşanmadığını ifadə edən NATO nümayəndəsi, yenə də rusların bu uçuşları əvvəldən bildirməməsinin sivil havaçılıq üçün risk meydana gətirəcəyinə diqqət çəkib.