"Azərbaycanla NATO arasında münasibətlər uğurla inkişaf edir".
Məlumata görə, bunu Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun Bakıdakı rezident əlaqələndiricisi Kristian Çiobanu deyib.
Onun sözlərinə görə, bu əməkdaşlıq strateji əhəmiyyətə malikdir: "Bizim səfirliyin NATO Azərbaycan məktəbi və Azərbaycan Xarici İşlər Nazirliyi ilə çox yaxşı münasibətləri var. Bu ilin iyulunda NATO sammitinin keçirilməsi planlaşdırılır. Ötən sammitlərdə biz Azərbaycan prezidenti İlham Əliyevi görməkdən çox məmnun olduq. Təbii ki, prezident İlham Əliyevin bu il Varşavada keçiriləcək sammitdə iştirak edəcəyinə ümid edirik. Bu, çox vacib sammitdir. Bildiyimiz kimi, beynəlxalq təhlükəsizlik hər gün daha çox əhəmiyyət kəsb edir. Biz eyni çağırışlar, eyni təhdidlərlə üzləşirik. Azərbaycan və NATO bu sahədə əməkdaşlıq edir". /apa/