NATO qırıcısı Şoyqunun təyyarəsinə yaxınlaşıb- VİDEO
21.06.2017 910 0.0 0

NATO qırıcısı Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa cəhd edib.

 

TASS-a istinadən verilən məlumata görə, hadisə rusiyalı nazirin Baltik dənizinin neytral suları üzərindən uçarkən baş verib.

 

Kalininqrada gedən S. Şoyqunun olduğu təyyarəni dəniz aviasiyasına məxsus SU-27 qırıcı təyyarələrdən ibarət mühafizə dəstəsi müşayiət edib.

 

Bu vaxt NATO qırıcılardan biri müdafiə nazirinin təyyarəsinə yaxınlaşmağa cəhd edib.

 

Lakin onların arasına keçən mühafizə dəstəsindəki SU-27 qırıcısının pilotu təyyarədəki silahları nümayiş etdirərək atəş açacağı barədə xəbərdarlıq edib.

 

Bundan sonra NATO qırıcısı hadisə yerindən uzaqlaşıb./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar