NATO-nun şərq cinahının gücləndirilməsi müzakirə olunub
10.02.2022 307 0
ABŞ dövlət katibi Entoni Blinken ilə NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Bildirək ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays açıqlama yayıb.
Tərəflər NATO-nun şərq cinahının gücləndirilməsinə dair müzakirələr aparıblar.
Söhbət zamanı Rusiya tərəfindən Ukraynaya təhdidlərə qarşı cavab tədbirlərinin əlaqəli şəkildə hazırlanması, Moskvanı gərginliyi azaldaraq qarşılıqlı dialoq aparmağa sövq etmək istiqamətində diplomatik səylər, ABŞ və müttəfiq qüvvələrinin yeni yerləşməsi kimi məsələlər gündəmə gəlib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər