"ABŞ-ın Rusiya ilə həmsərhəd NATO üzv dövlətlərində tanklar və ağır silahlar yerləşdirmək planı uzağa getməyəcək və çox təhlükəlidir."
Məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilir: "Ümid edir ki, Avropadakı vəziyyətin yeni hərbi qarşıdurmaya keçməsinin qarşısı alınacaq. Bunun çox təhlükəli nəticələri ola bilər.”
“The New York Times” qəzeti iyunun 13-də ABŞ və müttəfiqlərinin rəsmilərinə istinadla yazıb ki, Vaşinqton bir sıra Baltik və Şərqi Avropa ölkələrində ağır hərbi texnika saxlamağı planlaşdırır. Məqsəd Rusiyanın Ukraynadakı hərəkətlərindən narahat olan müttəfiqlərini sakitləşdirmək və təcavüzün qarşısını almaqdır.
Xatırladaq ki, Polşa və Litva Vaşinqtonla müvafiq danışıqların aparıldığını təsdiqləyib./anspress/