NATO-nun Baş katibi Rusiyaya xəbərdarlıq edib
03.02.2022 308 0.0 0

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyaya növbəti dəfə xəbərdarlıq edib.

TASS-a istinadən xəbər verilir ki, o, Rusiyanı geri çəkilməyə çağırıb.

“NATO "Soyuq müharibə"dən bəri Rusiyanın Belarusda ən böyük hərbi kontingentinin olduğunu müşahidə edir. Hazırda 30 min əsgər, xüsusi təyinatlı qüvvələr, S-35 təyyarələri, "İsgəndər" raketi və S-400 Belarusa yerləşdirilib. Son günlərdə Belarusa gedən əsgərlərin sayında ciddi artım var. Biz Rusiyanı gərginliyi azaltmağa çağırırıq”, - Y.Stoltenberq deyib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar