NATO İraqda hərbçilərinin sayını artırmağı planlaşdırır
15.02.2018 741 0.0 0

NATO İraqa təlim missiyası göndərərək oradakı hərbçilərinin sayını artıracaq.

"RİA Novosti"yə istinadən xəbər verilir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq Alyans ölkələrinin müdafiə nazirlərinin toplantısından sonra bildirib.

"Elə indicə İraq hökumətinin və koalisiyanın xahişi əsasında İraqda NATO təlim missiyasını planlaşdırmağa başlamaq barədə razılığa gəldik", - Y.Stoltenberq deyib.

Missiyanın başlanması barədə Alyansın iyul ayında keçiriləcək sammitində elan ediləcəyi gözlənilir.

"NATO-nun mövcudluğunu gücləndirməyi planlaşdırırıq, lakin döyüş missiyası planlaşdırmırıq", - deyə baş katib əlavə edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar