NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Avropada yeni real hərbi münaqişə riski var, çünki Rusiyanın hərbi gücünün artırılması davam edir.
Bu barədə xarici mətbuata istinadən xəbər verir.
Rusiyanı Ukrayna ilə sərhəddə hərbi qüvvələri cəmləşdirməkdə ittiham edən NATO-nun baş katibi deyib ki, “hərtərəfli işğal riski var, lakin Kiyevdə hökuməti devirmək cəhdləri də daxil olmaqla, Rusiya tərəfindən hibrid və informasiya hücumları, bir çox başqa aqressiya da daxil olmaqla digər aqressiv hərəkət riskləri də var”.
"Bizim ciddi narahatlıq, ayıq olmaq və Ukraynaya qarşı güc tətbiq ediləcəyi təqdirdə cavab verməyə hazır olmaq üçün hər cür əsasımız var", - o deyib.
Stoltenberq bildirib ki, alyansın üç müttəfiqi və yaxın ittifaq tərəfdaşları olan Ukrayna və Gürcüstanın yerləşdiyi Qara dəniz regionu NATO üçün strateji əhəmiyyətə malik regiondur. Onun sözlərinə görə, Avropa təhlükəsizliyi məsələlərinin müzakirəsi üçün Rusiyaya təklif göndərilib, lakin NATO əsas prinsiplərdən - hər bir ölkənin öz yolunu seçmək hüququndan və alyansın müdafiə imkanlarından güzəştə getməyəcək.
Alyansın cənub-şərq hissəsində, yəni Rumıniyada və Qara dəniz zonasının digər ölkələrində uzunmüddətli hərbi qruplaşmaların yerləşdirilməsi planlarına toxunan Stoltenberq əlavə edib ki, Fransa Rumıniyada qruplaşmanın rəhbərliyini öz üzərinə götürməyi təklif edib: “Biz olduqca vacib olan bu təklifi alqışlayırıq”./report/