NATO Azərbaycanla fərdi əməkdaşlıq planını təsdiq edib
16.12.2015 477 0.0 0

NATO ilə Azərbaycan arasında fərdi əməkdaşlıq planı təstiq edilib.

Məlumata görə, bunu jurnalistlərə NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahyu deyib.

Onun sözlərinə görə, bu planın təsdiqlənməsi əməkdaşlığın növbəti mərhələsinə başlamağa imkan verir. "Əməkdaşlığımızın çərçivəsi dəyişməyib. Biz həm fərdi həm də missiyaların tərkibində təlimlər keçiririk".

"Azərbaycan NATO-nun Əfqanıstanda güclü tərəfdaşıdır. Azərbaycan Əfqanıstanın hərbçiləri və hökumət nümayəndələri üçün treninqlər keçirir. Azərbaycanın NATO ilə tərəfdaşlığı yalnız möhkəmlənəcək", - deyə Uilyam Lahyu bildirib./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar