NATO Azərbaycana Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına hərbi kontingentlə göstərdiyi dəstəyə, eləcə də maliyyə dəstəyinə və tranzit imkanlarının təqdim edilməsinə görə minnətdarlığını bildirir.
Bunu Trend-ə və Azernews-a müsahibəsində NATO-nun rəsmi nümayəndəsi deyib.
Rəsmi nümayəndə bildirib: “Biz müttəfiqlərimiz və tərəfdarlarımız, o cümlədən Azərbaycan tərəfindən gücləndirilmiş dəstəyi alqışlayırıq. Bu, Əfqanıstanda sülhün təmin olunması ilə bağlı məqsədimiz üçün böyük əhəmiyyət daşıyır”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-ü Brüssledə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.
İclas zamanı qeyd olunub ki, Azərbaycan Əfqanıstanda sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə iqtisadi və digər sahələrdə əməkdaşlığını davam etdirir.