Natiq Kərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb
15.12.2016 938 0.0 0

Nardaran sakini Natiq Kərimovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Məlumata görə, bu gün ona yekun ittiham elan edilib. Sabahdan N. Kərimov vəkili ilə birlikdə cinayət işinin materialları ilə tanış olmağa başlayacaq.
 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi,  dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyənləşib.

 

N. Kərimov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində saxlanılıb, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar