NASA rəsmisi: Yadplanetlilər mövcuddur
21.06.2015 807 0.0 0

NASA rəsmisi Çarlz Bolden yadplanetlilərin mövcud olduğuna inanır. Amma o, həmin varlıqların "Zona 51" hərbi bazasında olmadığını bildirib. 

Məlumata görə, Bolden 10 yaşlı uşağın sualına cavab verərkən deyib ki, "Zona 51", həqiqətən, möcuddur. "Amma o, bir çox insanın düşündüyü kimi bir yer deyil. Mən orada olmuşam. "Zona 51" adi araşdırma mərkəzidir və mən orada heç bir yadplanetli, ya da kosmik gəmi görməmişəm", - deyən NASA rəhbəri Marsın araşdırılmasından da danışıb.

O, qırmızı planetin araşdırılmasından danışarkən qeyd edib ki, oraya insan göndərilməyəcək. Marsın araşdırılmasında robotlardan istifadə ediləcək.

Qeyd edək ki, "Zona 51" (Area 51) dünyanın ən məxfi yerlərindən biridir. Yüzlərlə kitabda, filmlərdə və kompüter oyunlarında tərənnüm edilmiş bu ərazi, yəqin ki, məxfilik simvoludur. Orada baş verənlər heç vaxt açıqlanmır və bu, belə də qalacaq. Nevada ştatında səhralıqda yerləşən bu obyektin ən geniş yayılmış təyinatı UNO və başqa planetlərdən gəlmişlərin öyrənilməsi, yeni silahların və uçan cihazların sınaqdan keçirilməsidir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar