NASA-nın rəhbəri istefaya gedir
13.03.2018 752 0.0 0

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) direktoru vəzifəsini icra edən Robert Laytfut aprelin 30-da istefaya gedəcək.

 

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, R.Laytfut istefasının səbəbini açıqlamayıb.

 

2012-ci ildən Agentlik rəhbərinin köməkçisi olan R.Laytfut ötən ilin yanvarından NASA rəhbərinin səlahiyyətlərini icra edir.

 

2017-ci ilin sentyabrında prezident Tramp NASA direktoru vəzifəsinə ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü, sabiq hərbi pilot Cim Braydenstaynın namizədliyini sürsə də,  Senat indiyədək onun namizədliyini təsdiqləməyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar