NASA-dan həyacanlandıran kəşf-kosmosda okean tapıldı
17.09.2015 1129 0.0 0

NASA-nın Cassini kosmos gəmisi Saturn planetinin 6-cı böyük peyki Enceladus-un buz səthinin altında bütün kürəni örtən bir okean olduğuna dair yeni dəlillər tapıb.

Qazeta.info bildirir ki, xarici KİV-lərin məlumatına görə, son araşdırma nəticələrində geoloji olaraq aktiv vəziyyətdəki Enceladus-un səthinin altındakı böyük axıcı su kütləsində naməlum dəniz canlıları da ola biləcəyi ehtimal olunur.

Bildirək ki, 7 ildən artıq bir vaxtdır ki, Cassininin göndərdiyi Enceladus fotoşəkillərini araşdırılan zaman peykin səthindəki titrəşmələrin böyüklüyünün, buz səthinin çöldən içə doğru tamamilə donmuş halda olmadığını, bunun da buzun altında bütün kürəni örtən bir okeanın var olduğunu sübutu olduğunu açıqlayıb.

 

Məlumata görə, Enceladus-da bir okean ola biləcəyi ehtimalı 2005-ci ildə Cassini peykinin Saturn planetinin cənub qütbündə su buxarı və buz püskürdən vulkan ağızları tapması ilə ortaya çıxmışdı. Xatırladaq ki, Cassini kosmos gəmisi, 28 Oktyabrda Enceladus-a ən yaxın məsafədən, planetin səthin təxminən 49 kilometr üzərindən uçacaq. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar