NASA da Argentinada itən sualtı qayığın axtarışlarına qoşuldu
18.11.2017 865 0.0 0

NASA-nın xüsusi təchiz edilmiş tədqiqat təyyarəsi Argentina Hərbi Dəniz Qüvvələrinə məxsus itmiş "San-Xuan" sualtı qayığının axtarışlarına qoşulub. Məlumata görə, Argentina Hərbi Dəniz Qüvvələri idarəsi sualtı qayıqda 44 nəfərin olduğunu bildirib.

Məlumata görə, sualtı qayıq Uşuayidən Mar-del-Platuya doğru hərəkət edirmiş.

Qeyd olunur ki, itən sualtı qayıq Almaniyada inşa olunub və 1985-ci ildən Argentina Hərbi Dəniz Qüvvələrinin heyətinə verilib.

Sualtı qayığın uzunluğunun 66 metr olduğu bildirilir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar