Milli Kosmik Agentliyin (NASA) alimləri Yerə təhlükə doğuran kosmik cismlərdən müdafiə olunmaq üçün ilk dəfə real asteroidin özündən istifadə etməyi planlaşdırırlar.
Məlumata görə, Söhbət açdığımız asteroid 2012-TC4 adlanır. Baxmayaraq ki, o, Yer üçün təhlükə yaratmır, alimlər 12 oktyabr 2017-ci ildə planetimizin yanından keçəcək olan asteroidi geniş miqyaslı müşahidə etməyi planlaşdırır.
Arizona Universitetinin laboratoriyasından olan tədqiqatçı Vişni Reddi “Biz kosmik təhlükəyə nə qədər hazırıq?” sualı qoyaraq, təklif edib ki, gələcək təhlükələrin qarşısının alınması üçün real asteroiddən istifadə etmək lazımdır. "12 oktyabrda biz ona çox yaxın olacağıq, bu ki əla fürsətdir”, - alim izah edir. “Ona görə də, biz məşq üçün proqram təklif etmişik və müşahidə şəbəkəsi yaradaraq yaxınlaşan asteroidi yaxından öyrənəcəyik", - deyə Vişni Reddi bildirib.
NASA-nın Planetar Müdafiə üzrə Koordinasiya bürosu (Planetary Defense Coordination office) Reddinin ideyasını qəbul edib. Məşq zamanı alimlər asteroidin hərəkət trayektoriyasının operativ modelləşdirilməsilə məşğul olacaqlar.
Yaxınlaşan asteroid ölçülərinə görə, 2013-ci il fevralın 15-də məşhur Çelyabinsk meteoriti ilə təxminən eyni ölçüdədir.
Hələlik alimlər onun orbitinin parametrlərini lap dəqiq bilmirlər və təxmini qiymət verirlər ki, asteroid Yerə ən yaxın 6800 km. məsafədən keçəcək. "Bu iş, komanda işi olacaq, bütün dünyada 10-dan çox rəsədxana, universitet və laboratoriyalardan ibarət işçi qrupları cəlb olunacaq və planetin qorunması üçün imkanlarımızı qiymətləndirməyə rəvac vərəcək", - deyə Reddi bildirib./Publika.az/