Nardaranda ölü müəmması - Cəsədlər qeybə çəkilib
02.12.2015 1453 0.0 0

Nardaranda öldürülənlərin meyitlərindən heç kimin xəbəri yoxdur.
Qazeta.info bildirir ki, Musavat.com-un Nardaranda olan reportyoru xəbər verir ki, noyabrın 26-da polislə silahlı qarşıdurmada öldürülən Nardaran sakinlərinin meyitlərini ailə üzvlərindən və kənd sakinlərindən heç biri görməyib.

Dünən meyitlərin kəndə gətirilməsi xəbərini vermişdik. Bəzi mətbuat orqanları isə artıq meyitlərin dəfn edildiyini yazmışdı.

Lakin kənd sakinləri bunu təsdiq etmir.

Nardaranda kənd sakinləri ilə söhbət zamanı, Kənd ağsaqqalı Natiq Kərimov bildirib ki, meyitlərin dəfn olunmasını heç kim görməyib və dəfndə də heç kim iştirak etməyib.

Kənd ağsaqqalı Hacı Hüseyn isə deyir ki, ölənlərdən heç birinin nə ailə üzvləri, nə də yaxınları dəfndə iştirak etməyib.

 

Natiq Kərimov deyir ki, ölənlər kənd qəbristanlığında dəfn olunmayıb. Heç bir məzar yoxdur.

Ölənlərdən Əkbər Babayevin atası Nazim Babayev də  bildirib ki, oğlunun məzarını görməyib.

Onlar iki gün əvvəl Sabunçu Rayon Polis İdarəsində olarkən Ə.Babayevin cənazəsinin ailəyə təhvil veriləcəyini deyiblər.

 

Daha sonra öldürülən Rafael və Fərail Bünyatov qardaşlarının evində görüş olub. Həmin evlərdə heç kim olmayıb. Qonşular bildirib ki, dünən həmin evdə polis tərəfindən əməliyyat keçirilib.

Qonşular bildirib ki, iki qardaşın meyitini ailə üzvlərindən heç kim görməyib. Meyitlərin dəfnindən də xəbəri olan yoxdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar