Nardaranda daha bir nəfər həbs edilib
18.12.2015 618 0.0 0

Daha bir Nardaran sakini inzibati qaydada həbs edilib.

 

Bu barədə  Nardaran sakini Natiq Kərimov məlumat verib.

 

Onun sözlərinə görə, qəsəbə sakini Əliyev Hüseyn Əlikram oğlu ötən gün polis tərəfindən saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 30 sutkalıq həbs qərarı çıxarılıb.

 

N. Kərimov həmçinin bildirib ki, Nardaran hadisələri ilə bağlı son günlər bir neçə nəfər polisə aparılsa da, onlar sonradan sərbəst buraxılıblar.

 

Onun sözlərinə görə, hazırda qəsəbədə əməliyyat-axtarış tədbirləri davam etdirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar