Nardaran hadisəsində ölənlərin sayı artdı
28.11.2015 774 0.0 0

Bakının Nardaran qəsəbəsində baş verən silahlı insident zamanı yaralananlardan daha biri dünyasını dəyişib.

 

Bu barədə açıqlamasında Nardaran sakini Məşədi Natiq Kərimov bildirib.

 

Onun sözlərinə görə, hadisədən dərhal sonra 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilən Fərahim Bünyatov aldığı xəsarətdən orada dünyasını dəyişib.

 

Məşədi Natiq Kərimov qeyd edib ki, F. Bünyatovun qardaşı Rafael Bünyatov da insident zamanı öldürülüb.

 

O həmçinin bildirib ki, insident zamanı dünyasını dəyişənlərin meyitləri yaxın saatlarda ailələrinə təhvil veriləcək: “Hadisə zamanı öldürülən Abbas Hüseyn Gəncə, Sərvan Səfərov isə Masallı sakinidir. Onların meyitləri öz rayonlarına göndəriləcək. Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşlarının meyitləri isə Nardarana gətiriləcək. Onlar burada dəfn olunacaqlar”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar