Narazı qalan müəllimlərə növbəti şans veriləcək
23.06.2017 890 0.0 0

Azərbaycanda diaqnostik qiymətləndirmənin nəticələrindən razı qalmayan müəllimlər öz bilik və bacarıqlarını yenidən qiymətləndirmədə iştirak etməklə sınaya bilərlər.

Məlumata görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirilməsi tamamlanmaq üzrədir.

Nazirlik rəsmisi əlavə edib ki, işə yeni qəbul olan müəllimlər üçün yeni qiymətləndirmə keçirilməlidir: "Hər il müəllimlərin işə qəbulu müsabiqəsi keçirilir və hər il Təhsil Nazirliyi sisteminə daxil olan məktəblərə yeni müəllimlər təyinat alır. Həmin müəllimlər üçün də gələcəkdə diaqnostik qiymətləndirmənin keçirilməsi nəzərdə tutulur. Bəzi müəllimlər düşünə bilər ki, ötən il ərzində öz peşəkarlıq səviyyəsini yüksəldiblər. Həmin qiymətləndirmə keçirilərkən də öz nəticəsindən razı qalmayan müəllimlər özlərini yenidən sınaya bilərlər. Biz həm əvvəlki qiymətləndirmənin nəticəsindən razı qalmayanlar, həm də qiymətləndirmədə üzrlü səbəbdən iştirak edə bilməyən müəllimlər üçün də yenidən özlərini sınaya bilməsi üçün şərait yaradacağıq"./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar