Naftalanda satış üçün nəzərdə tutulan at əti aşkarlanıb
28.10.2017 731 0
Naftalan şəhərində at əti satmaq istəyən şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, şəhər sakini İman Əsgərovun evindən satış məqsədilə tədarük olunan 67 kiloqram at əti aşakrlanıb. İ. Əsgərov özünün saxladığı atı kəsərək ətini satmaq istədiyini deyib. Ətdən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər