Naftalanda fəhlə iş zamanı ölüb
09.01.2018 843 0.0 0

Naftalan şəhərində otel tikintisində işləyən fəhlə iş zamanı ölüb.

"Report"un məlumatına görə, orada işləyən Goranboy rayon Əlirzalı kənd sakini, 1975-ci il təvəllüdlü İlqar Qaryağdı oğlu Sərdarovun halı qəfildən pisləşib və dünyasını dəyişib. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşı və təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlərin müayinəsi zamanı fəhlənin infarkt keçirərək öldüyü məlum olub.

Mərhumun yaxınlarının dediyinə görə, əvvəllər də İ.Sərdarovun səhhətində problemlər olub və xəstəxanaya müraciət edib. Həkimlər isə ona ağır işdən uzaqlaşmasını məsləhət görüblərmiş.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar