“Seçmə mərhələdə əsas rəqiblərimiz Azərbaycan və Hollandiya yığmalarıdı”. Apasport.az saytının məlumatına görə, bunu Ukryana millisinin voleybolçusu Nadya Kodola deyib.
Komandasının kapitanı bu gün Bakıda start götürəcək dünya çempionatının E qrupunun seçmə mərhələsi ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, Faiq Qarayevin yetirmələri ilə oyun asan olmayacaq: “Üstəlik, Azərbaycan millisi öz meydanında çıxış edəcək. Təbii ki, bu da bizim işimizi çətinləşdirəcək. Hollandiya millisinə gəlincə, bu komanda əvvəlki seçmə mərhələdə qarşılaşdığımız İtaliya ilə eyni səviyyəli yığmadı. Yoxlama matçının keçirilməməsi bizə təsirsiz ötüşməyəcək. Hesab edirəm ki, bu yalnız ilk matçda, İsraillə görüşdə özünü göstərəcək. Lakin bu çətinliyi aradan qaldıracağımızı düşünürəm. Dünya çempionatının final mərhələsinə yüksəlməsi üçün yaxşı şansımız var. Psixoloji cəhətdən hazırlığımızın həlledici olduğunu fikirləşirəm”.