Nəyə görə qan məhz adsız barmaqdan alınır?
08.06.2016 881 0.0 0

Uşaqların ən çox sevmədiyi şey nədir? Həkimə getmək. Ondan da çox qorxduqları nüans isə barmaqdan qan verməkdir. Həkim ehtiyatla balacanın əlinin adsız barmağını tutur və çevik hərəkətlə əlindəki ülgücü batırır. Sonra isə uzun şüşə ilə qanı alır. Yəqin ki, hər birimiz o «dəhşət dolu» anı yaşamışıq…
Bəs sizi heç maraqlandırıbmı ki, niyə qan məhz adsız barmaqdan alınır? Bu gün sizlərə bu barədə məlumat verəcəyik.
 
Sən demə bunun məntiqli açıqlaması var imiş. Barmaq ucları az miqdarda qan almaq üçün  bədənin ən ideal yeridir. Çünki  orada tük örtüyü yoxdur, çoxlu damarlar var və sıxmaq da asan olur. Adsız barmaqdakı dəri isə digər barmaqlardakına nisbətən daha nazikdir və daha az sinir ucluqlarına, o cümlədən ağrı reseptorlarına  malikdir.
 
Məhz bu səbəbdən adsız barmaqdan qan almaq daha az ağrılı və təhlükəsizdir. Çeçələ barmaq, məsələn,  biləklə sıx əlaqədədir, bu səbəbdən, əgər Allah eləməmiş həmin barmaqda yaraya infeksiya düşsə, iltihab bilək büküşünə kimi gedə bilər…/faktxeber.com/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar