Nəhəng yeraltı tunellər tapıldı
28.03.2017 1200 0.0 0

Yapon alimləri Ayda nəhəng yeraltı tunel aşkarlayıblar. Onlar çoxkilometrli keçidi Kagula aparatının apardığı çəkilişlərin köməyi ilə müəyyən ediblər.

Sputnik-ə istinadən xəbər verilir ki, hələ 2009-cu ildə alimlər Yerin təbii peykindəki “Marius hills”in (Marius təpələri) platosundakı çuxurların öyrənilməsinə başlayıblar. Sözügedən tunel də elə həmin platonun öyrənilməsi zamanı üzə çıxıb.

Daha sonra NASA-nın Gravity Recovery and Interior Laboratory missiyası sözügedən rayonda qravitasiya anomallığı müşahidə edib. Bu anomallıq isə Ayın səthi altındakı böyük boşluqlardan ibarətdir. Alimlər həmin tunelə Ay çuxurları adlandırılan yerlərin tədqiqatı prosesi zamanı gedib çıxıblar. Alimlər hələlik o tunelin nəyi ehtiva etdiyini tam əminliklə ayırd edə bilməyiblər. Onların bir neçə variantı var: lava kanalları, maqma çıxışları və yaxud üfüqi keçid.

Lakin mütəxəssislər hesab edirlər ki, sözügedən tunellərdən insanların ilk yaşayış yeri kimi istifadə oluna bilər. Bu sığınacaq radiasiya və yüksək temperaturdan müdafiə üçün yararlıdır.

“Onlar gələcək yaşayış üçün əsaslar sırasına daxil edilə bilər” – deyə alimlər Lunar and Planetary Science-ın 48-ci konfransında bildiriblər. “Populyar mexanika” nəşrinin yaydığı məlumata görə, ekspertlərin Aydakı tunellərlə bağlı başqa versiyaları da var. Həmin versiyalara görə, sözügedən tunellər insan yaradıcılığının məhsuludur.

“Böyük ehtimalla yad planetlilər çoxdandır Ayda məskunlaşıblar və sözgedən tunelləri də orada möhkəmlənmək və hərbi bazalarını yerləşdirmək məqsədilə salıblar” – deyə ekspertlər bildirib.

Qeyd edək ki, 1971-ci ildə astronavt Devid Skott ABŞ-ın bayrağı altında Aya uçub. Həmin bayraq isə satış üçün hərraca çıxarılıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar