Ən faydalı 10 meyvənin siyahısını təqdim edirik
Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Osman Mütfüoğlu sağlamlığa faydalı olan 10 meyvədən yazıb. Osman Müftüoğlu ümumiyyətlə meyvələrin hamısının faydalı olduğunu bildirib. O meyvələrdəki fruktozanın çox faydalı olduğunu yazıb və lazımi miqdarda yeyildikdə onların sağlamlıq üçün əvəzsiz olduğunu bildirib. Sputnik Azərbaycan Müftüoğlunun siyahısını təqdim edir:
1. Qreypfrut
Tropik meyvələrin hər biri sağlamlığa faydalıdır. Amma qreypfurt diğərlərinə görə bir az fərqlidir. Vitamin və mineral baxımdan zəngin olmasından əlavə qreypfurtun insulinin normal miqdara gətirilməsi və çəkinin normallaşdırılması baxımından da ciddi faydası var. Qreypfurt qəbulu böyrək daşlarının əmələ gəlməsinin qarşısının alınmasında, xolesterol səviyyəsinin balanslaşdırılmasında, iştahın təşviq edilməsində də işə yarayır. Xüsusən səhər yeməyində yarım qreypfurt sağlamlığa faydalıdır.
2. Alma
Alma güclü bir vitamin, mineral və antioksidant qaynağıdır. Tərkibində bol miqdarda C, K və bəzi B vitaminləri var. Ayrıca çox önəmli bir antioksidant olan kuvarsetin də almanın tərkibində çoxdur. Kuvarsetin özəlliklə almanın qabıq hissəsində boldur. Bu səbəbdən yaxşı yuyulmuş almanı qabığı ilə birgə yemək daha faydalıdır.
Daha bir önəmli kimyəvi maddə olan pektin də almada boldur. Pektin xərçəng xəstəliyinə qarşı çox güclü bir vasitədir.
3. Limon
Limon bilinən ən güclü C vitamini qaynaqlarından biridir. Limon suyu böyrək daşlarının qarşısının alınması və müalicəsində təsirlidir.
Digər tərəfdən limonu bir stəkan ilıq suya sıxıb içsəniz qanın tərkibin normallaşmasında, ürəyin sağlam olmasında işə yarayır. Bəzi araşdırmalara görə çəkinin artmasına qarşı da faydalıdır.
4. Nar
Nar çox güclü bir antioksidantdır. Digər tərəfdən dənəsindəki omeqa-5 yağı da mükəmməl bir təbii dərmandır. Narın vitamin və mineral gücü də olduqca çoxdur.
5. Qarpız
Qarpız A və C vitaminleri ilə zəngindir. Qarpızın hətta ağ hissəsi cinsi aktivliyə çox yararlıdır. Qarpızın xərçəngdən müdafiə xüsusiyyətləri var. Belə ki, qarpız tərkibindəki xərçəngdən müdafiə edən antioksidant olan likopenin miqdarına görə liderdir. Qarpız C, A vitaminlərinin və beta-karotinlərin ən yaxşı mənbəyidir. Bu səbəbdən o, ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir.
6. Zeytun
Zeytunun tərkibindəki maye ən faydalı yağdır. Ürək xəstəliklərindən qorunmaqda, xroniki iltihabların qarşısının alınmasında, başda döş xərçəngi olmaqla bəzi xərçəng növləri ilə mübarizədə çox əhəmiyyətli rol oynayır.
Zeytunun tərkbində sadəcə zeytun yağı yoxdur. Orada bəzi güclü antioksidandlar da var. Özellikle qara zeytun mükəmməl bir antioksidant anbarıdır. Zeytun dəmir, kalsium və E vitaminini ilə də zəngindir.
7. Banan
Çox güclü potasium qaynağıdır. Potasium vücuda su və mineral normasını qoruyur. Əsəb sisteminə çox yaxşı təsir edir.
Bananın içindəki lif qanda yağların atılmasına kömək edir. Banan əzələ qoruyucudur. Banan metabolizmi artırır. Toksinin ürək-damar qoruyucu təsiri var. Həm də ürəyə yaxşı təsir edən bir meyvədir.
8. Portağal
Portağal C vitamini deposudur. O soyuqdəymənin dərmanıdır. Çünki portağalın tərkibində C vitamini vardır ki, immun sistemini gücləndirir. Qandakı xolesterinin səviyyəsini aşağı salır. Portağalın tərkibində olan fibrlər qandakı xolesterinə müsbət təsir qoyar. Portağal çəkini normada saxlayır. Portağal xərçəng xəstəliyinə qarşı da vasitədir. Tədqiqatlar göstərir ki, portağalın tərkibində olan antioksidantlar xərçəngin bir çox növlərinə tutulmaq riskini azaldır.
9. Xurma
Xurma zülallar, qlükoza və fruktoza, C, beta- karotin, kalium, kalsium, maqnezium, fosfor, dəmir və yodla zəngindir. Tərkibində qida lifləri və pektin var. Bu meyvənin parlaq narıncı rəngi onun beta karotin ilə zəngin olmasından xəbər verir. Tərkibindəki antioksidantlara görə xurma yaşıl çaydan geri qalmır.
Bu meyyvə bakterisid xarakterə malik olduğuna görə, bağırsaq çöplərinə, qızlı stafilokok bakteriyalarına qarşı mübarizə aparmaq xüsusiyyətinə malikdir. Bədənində hər hansı infeksiyası olan insanlara orqanizmi güləndirmək üçün xurma yemək tövsiyə olunur.
10. İnnab
İnnab dərman qədər faydalı bir meyvədir. Bu meyvənin tərkibində pektin, tanen, bitki seliyi, şəkər və C vitamini var.
İnnab qandakı mikrobları təmizləyir. Astma və tənəffüs yolu xəstəlikləri zamanı çox faydalıdır, bəlğəmgətirici və öskürəkkəsici təsirə malikdir, qanı təmizləyərək bağırsaqları işə salır, stress və bədənin özünü yenidən bərpa etmə prosesini sürətləndirir.
İnnab suyu ürək-damar xəstəliklərinə yaxşı təsir edir./Sputnik/