Nəfəs kəsən qadın əsgərlər (FOTO)
07.05.2015 935 0.0 0

 

Qazaxıstanda bu gün Əsgərlər Günü və 9 May Qələbə Günü qeyd edilib.

Məlumata görə, mərasimə Qazaxıstan prezidenti Nursultan Nazarbayev də qatılıb. Paytaxt Astanada təşkil edilən rəsmi mərasimdə Nazarbayev və müdafiə naziri hərbi birlikləri salamlayıb.

Qazaxıstan himninin oxunmasından sonra kürsüyə gələn Nazarbayev II Dünya Müharibəsində həlak olanları dərin hörmətlə yad etdiklərini söyləyib. Qazax lider İkinci Dünya Müharibəsinə qatılan insanların yarısının evlərinə dönə bilmədiklərini xatırladıb.

Qazaxıstana xidmət edən hər bir əsgərin çiynində vətənin müstəqilliyini və suverenliyini qorumaq kimi müqəddəs bir vəzifə olduğunu dilə gətirən Nazarbayev ölkəsinin sülh və dostluqdan yana siyasət yürütdüyünü bildirib. 

Daha sonra hərbi paradın keçidi başlayıb. Paradda Qazaxıstanın qadın əsgərlərdən ibarət dəstəsi də iştirak edib. Qadın əsgərlərin keçidi mərasimə damğa vurub./anspress/

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar