Nəcməddin Sadıkov Soçiyə getdi
26.05.2015 836 0.0 0

Silahlı Qüvvələrin Baş Qərargah rəisi MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında iştirak etmək üçün Soçi şəhərinə gedib
Qazeta.info
Müdafiə Nazirliyinə istinadla bildirir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün mayın 26-da Rusiya Federasiyasının Soçi şəhərinə yola düşüb.
Mayın 27-də keçiriləcək görüşdə nümayəndə heyətlərinin rəhbərləri müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar