“Dövlət Departamentinin hesabatında Azərbaycanda internet azadlığının olmamasını qeyd edirlər. Amma ABŞ-da seçki dövründə Trampın sosial şəbəkə hesablarını bağladılar”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov bildirib ki, Donald Trampın fikirlərini çatdırmasının qarşısını almaq üçün bunu ediblər: “Azərbaycanda sərbəst toplaşma azadlığına irad bildirirlər. Özlərində hansı toplantıya icazə verilib? Seçki dövründə Trampın tərəfdarları bu azadlıq hüququndan istifadə edib toplaşmırdı?! Polis zorakılığından danışırlar. Ən böyük polis zorakılığı ABŞ-ın özündədir. Qara dərililərə qarşı hansı zorakılıqlar edilir. Türmələrdə vəziyyətə irad bildirirlər. Quantanamo həbsxanasında olan işgəncələr heç yerdə edilməyib”.