Ən böyük neft ehtiyatına malik 10 ölkə (FOTO, SİYAHI)
25.07.2015 1145 0.0 0

Son zamanlar dünya mətbuatı yalnız bir məsələ, İranın nüvə proqramı üzrə razılaşma haqqında yazır. Hansı ki, əldə olunan razılığa əsasən, Tehrana qarşı Qərbin sanksiyaları aradan qaldırılacaq. Bu razılaşmanın ən aşkar nəticələrindən biri İranın dünyanın neft bazarına qayıdışıdır.

Məlumata görə, İran nəhəng neft ehtiyatlarına malikdir, bununla belə bu ölkənin təsdiq olunmuş neft ehtiyatları üzrə ilk üçlüyə daxil ola bilmir. 

"Barclays" şirkətinin analitiki Maykl Koen tərəfindən verilmiş məlumatlar əsasında dünya üzrə ən böyük neft ehtiyatlarına sahib 10 ölkənin reytinqi təşkil edilib.

 


Venesuela


Venesuela- Neft ehtiyatı 297,7 milyard barrel olan Venesuela neftin satışından əldə etdiyi gəlirlərdən asılıdır və ixracın 96%-ni neft ixracı təşkil edir. "Qara qızıl"ın qiymətinin 2014-cü ildən düşməsi Venesuela iqtisadiyyatına ciddi zərbə vurub. İndi ölkə neftin qiymətinin sabitləşdirilməsi ümidi ilə OPEK-in başqa üzv ölkələri arasında müttəfiq axtarır. Venesuelada neftin təqribən 20% Marakaybo körfəzindəki yataqlardan çıxarılır. Ölkənin Lagunillas, Bachaquero, El Furrial, Centro, Mulata, Lama ən böyük neft yataqları sayılır.

 

Səudiyyə Ərəbistanı


Səudiyyə Ərəbistanı- Neft ehtiyatları 268,4 milyard barreldir. Bu ölkə keçən il neft bazarında ən böyük oyunçu idi. 2014-cü ilin noyabrında OPEK-in başqa üzv ölkələri kimi, Səudiyyə Ərəbistanı neftin qiyməti enməyə başladıqdan sonra hasilat kvotasını azaltmaqdan imtina etdi. İran isə sanksiyalar qaldırıldıqdan sonra neft ixracı həcmini ikiqat artırmaq və OPEK daxilində kvota sisteminin yenidən baxılmasını istəyir. Ekspertlərin fikrincə, İran Səudiyyə Ərəbistanının neft sənayesinə əhmiyyətli dərəcədə təsir etməyi bacarar. Saudi Aramco şirkəti iri həcmli proqram çərçivəsində Qırmızı dənizin sahilboyu zonasında neft mədənlərinin geoloji kəşfiyyat işlərini müvəffəqiyyətlə reallaşdırır.

 

Kanada


Kanada- Neft ehtiyatı 173,2 milyard barrel təşkil edir. Kanada ABŞ-a və Avropaya nefti ixrac edir. Bütovlükdə bu ölkə ABŞ-da neftin ən böyük xarici təchizatçısıdır. Ancaq son hesabatlara görə, Kanada çöllərində çıxarılan neftin yalnız 20%-i yararlı sayılır və keyfiyyətli olmur. Əgər Kanada gələcəkdə ABŞ-a daha çox neft ixrac edərsə, Amerikada avtomobillərin havaya buraxdığı tullantıların səviyyəsi yüksələcək. Kanadada neft yataqlarının 95%-dən çoxu Albertdə yerləşir. Bu isəkəşfiyyat işlərinin aparılması üçün xərc tələb edir.

 

İran


İran- Neft ehtiyatı 157,3 milyard barreldir. İndi İran nefti müzakirə üçün əsas məsələdir. Analitiklər güman edirlər ki, dünya bazarına İran neftinin qayıdışı qiymətlərin sonrakı düşməsinə gətirib çıxara bilər. Bundan başqa, bu, həm İran və Səudiyyə Ərəbistanı, həm də İran və Rusiya arasında gərginliyin artmasına gətirib çıxara bilər. İran neftinin ən böyük hissəsi Fars körfəzində yerləşir. Ölkənin neft sektoruna Milli Neft Şirkəti (National Iranian Oil Company, NIOC) nəzarət edir. Kəşfiyyat və hasilat işləri həm yerli, həm də xarici birləşmiş şirkətlər - National Iranian South Oil Company, Central Iranian Oil Fields Company, National Iranian Central Oil Company, National Iranian Offshore Oil Company, National Iranian Drilling Company, Khazar Oil Exploration and Production Company, North Drilling Company, Iran Petro Development Company, Pars Oil and Gas Company, Petropars və s. vasitəsilə həyata keçirilir. İndi sanksiyaların gələcəkdə ləğvi ilə əlaqədar İran yeni yataqların işlənməsi üçün mümkün qədər çox beynəlxalq neft-qaz şirkətləri dəvət etməyə çalışacaq.

 

İraq


İraq- Neft ehtiyatı 140,3 milyard barell təşkil edir və iqtisadiyyatı dövlətin nəzarəti altındadır, gəlirlərin əsas mənbəyi neftdir. 2014-cü ildə neftə qiymətlər kəskin enməyə başlayıb, dövlət gəlirləri 30% azalıb. Ən böyük neftçıxarma ölkələrindən biri olan İraq hazırda İŞİD silahlılarına görə ciddi problemlərlə rastlaşır. 2014-cü il iyunun əvvəlindən İŞİD döyüşçüləri İraqın şimalında bir sıra şəhərlərə hücuma başladı. Həmin il iyunun 17də paytaxt Bağdadın 40 kilometrliyində yerləşən Baydji neft emalı zavodun hücüm edilib. İyunun 19-da hökumət həmin zavodu geri qaytarıb. Bununla əlaqədar olaraq bəzi xarici şirkətlər, xüsusilə ExxonMobil, British Petroleum işçi heyətinin təxliyyə edib.

 

Küveyt


Küveyt- Neft ehtiyatları 104 milyard barreldir və ÜDM-in yarısını təşkil edir. Ölkə neft hasilatını 2020-ci ilə kimi gündə 4 milyon barellədək artırmağı planlaşdırır. 2012-ci ildə İrana qarşı sanksiyalar tətbiq olunduqdan sonra, Küveyt Səudiyyə Ərəbistanı ilə birlikdə Tehranın "Asiya ticarəti"ndəki yerini tam tutub. Ölkədə 1,6 min neft quyusu işləyir. Küveytin ərazisində olan ehtiyatlardan başqa, Səudiyyə Ərəbistanı ilə sərhəddəki neytral zonada əlavə olaraq 5 milyard barrel neft mövcuddur.
Neft ehtiyatının 70 milyard barelldən çoxu Böyük Burqan ərazisində yerləşir. Bura Burqan, Maqva və Axmadi yataqları daxildir.

 

Birləşmiş Ərəb Əmirlikləri


Birləşmiş Ərəb Əmirlikləri- Neft ehtiyatları 97,8 milyard barel təşkil edir və iqtisadiyyatı energetikadan asılıdır. Ölkə iqtisadiyyatının müasirləşdirməsi 30 il əvvəl neftin aşkar edilməsindən sonra başlayıb. Dünya bazarında neftin qiymətinin 2014-cü ilin sonunda kəskin düşməsi müşahidə olunduqdan sonra, OPEK-in ən əsas oyunçularından olan BƏƏ neftin hasilatını rekord səviyyəyə çatdırıb. Əbu-Dabidə 25 neft və 4 neft-qaz yatağı aşkarlanıb. Dubayda 3 neft, 1 neft-qaz və 1 qaz-kondensat, Şarcada 1 neft, 1 qaz və 1 qaz-kondensat, Əcmanda 1 qaz-kondensat, Pac-el-Xayma və Umm-el-Kayvayn əmirliklərində bir qaz-kondensat yatağı mövcuddur. Ən böyük yataqlar isə quruda Murban-Arvadlar, Murban-Bu-Xaca, Asab, Saxil kontinental şelfində yerləşir.

 

Rusiya


Rusiya- Neft ehtiyatları 80 milyard barreldir. Moskva İran ilə "Altılıq" ölkələri arasında razılaşmaya nail olmağa var gücü ilə çalışırdı və belə razılaşmanın imzalanması onun üçün qələbə oldu. Analitiklər güman edirlər ki, İran neftinin dünya bazarına çıxışı Rusiya üçün problem ola bilər, çünki Avropa bazarlarında Rusiyanın əsas rəqibi İran nefti olacaq. İran Rusiya ilə Avropada rəqabət aparacaq.

Rusiyanın ərazisində indiki vaxta onlarla neft və qaz yatağı fəaliyyətdədir. Əsas neft ehtiyatı Arktika dənizinin dibində toplanıb və buradan mürəkkəb iqlim şəraitinə görə nefrin hasilatı çətinlik yaradır. Rusiyanın neft və qaz yataqlarının əksəriyyəti Sibirdə və Uzaq Şərqdə yerləşir.

 

Liviya


Liviya- Neft ehtiyatları 48,47 milyard barreldir və Liviyanın iqtisadiyyatı praktik olaraq tamamilə "qara qızıl"dan asılıdır. 2014-cü ildə neft və qaz satışları neftdaşıyan limanlarda etirazlara görə kəskin azalıb. Neft və qaz sahələri dövlətin nəzarəti altındadır. Neft çıxarmanı əsasən Liviyanın Milli Neft Şirkəti (Libyan National Oil Company - NOC) yerinə yetirir. Beynəlxalq layihələr üzrə beynəlxalq investisiya məsələlərinə "Oilinvest" şirkəti baxır. Liviyanın ərazisində işləyən əsas xarici neft şirkətləri bunlardır: Agip-ENI (İtaliya), Canadian Occidental, Lasmo (Böyük Britaniya), Lundin Oil (İsveç), Nimr Petroleum (Səudiyyə Ərəbistanı), OMV (Avstriya), Pedco (Cənubi Koreya), Petronas (Malayziya), Red Sea Oil Corp. (Kanada), Repsol (İspaniya), Total (Fransa), Veba və Wintershall (Almaniya).

Son zamanlar Liviya neft sənayesi İŞİD-in fəaliyyətindən ciddi zərər çəkib. Liviya Milli Neft Koorparasiyası ilə birgə çalışan Fransanın "Total" şirkəti ötən ilin dekabrın ortasından ölkədəki vətəndaş müharibəsinə görə fəaliyyətini dayandırıb.

 

Nigeriya


Nigeriya- Neft ehtiyatları 37,14 milyard barreldir və 1970-ci ildən dövlət gəlirlərinin əsas mənbəyini təşkil edir. Bununla belə neftin qiymətinin düşməsi nəticəsində keçən il ölkədə çətin iqtisadi vəziyyət yaranıb. Bəzi ekspertlərin fikrincə, İran nefti dünya bazarlarına yenidən çıxana kimi, Nigeriya sərt rəqabətə dözməli olacaq. Hazırda 300-dən çox neft və neft-qaz yatağı istismardadır. Ən zəngin yataqlar - Bomu, İmo-River, Okan, Meren, Delta-Saut, Ekpe, Yokri və başqalarıdır.

Neft çıxarma ilə əsasən Nigeriyanın Milli Neft Şirkətinin (Nigerian National Petroleum Company, NNPC) və "Şel" şirkəti (52%) beynəlxalq korporasiyaların ortaq müəssisələri olan ExxonMobil, Chevron, ConocoPhillips, Eni, Total və Addax məşğul olur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar