Myanma lideri "Oksford" mükafatından məhrum edilib.
TASS-a istinadən xəbər verilir ki, bu barədə Londonun "The Independent" qəzeti məlumat yayıb.
Qeyd edilir ki, Myanmanın dövlət müşaviri və de-fakto siyasi lideri Aun San Su Çji "Freedom of the City of Oxford" mükafatından öz vətənində müsəlman rohinca xalqının təqibini dayandıra bilmədiyinə görə məhrum edilib. Nəşrin xəbərə görə, Oksfordun şura üzvləri zorakılığa göz yumana ehtiram bəsləmək istəmədiklərini razılaşdırıblar.
Oksfordun məzunu Aun San Su Çji 20 il əvvəl "azadlıq uğrunda uzun müddətli mübarizəyə görə" bu mükafata layiq görülüb. Universitet şəhərinin hakimiyyəti Myanmada demokratiyanın qələbəsi üçün mübarizə aparmış müxalif siyasətçisinin uzun illər ev dustaqlığı altında olmasını qeyd edib.
1991-ci ildə Aun San Su Çji Nobel sülh mükafatına da layiq görülüb.
Qeyd edək ki, Myanmada rohincalara qarşı zorakılıqlar nəticəsində yüz minlərlə müsəlman vətənindən didərgin düşüb, fiziki təzyiqlərə və təhqirlərə məruz qalıb. Ölkənin hakimiyyət orqanları baş verənlərə göz yumub./Report/