Mütəxəssis `omikron` ştamının ilkin əlamətlərini açıqlayıb
28.11.2021 520 0.0 0

Baş ağrıları COVID-19-un omikron ştammına yoluxmanın ilk simptomu kimi qeyd edilir.

Qazeta.info xarici mətbuata istinadla bildirir ki, COVID-19-un "omikron" ştammının əsas simptomları kəskin yorğunluq və baş ağrıları ilə özünü büruzə verir.

Bunu Cənubi Afrika Respublikasının Tibb Assosiasiyasının sədri , xanım Anjelik Kutze koronavirusun yeni "omicron" ştamına yoluxmuş insanlarda hansı simptomlarlın müşahidə olunması haqda açıqlamasında qeyd edib.

“Bütün xəstələr şiddətli yorğunluq və halsızlıqdan şikayət edirdilər. Onlar heç biri qoxu və dadın itirilməsindən, eləcə də dəyişməsindən şikayət etməyib”, - deyə o bildirib

Həmçinin Kutze altı yaşlı uşaqda aparılan müşahidələri də bölüşüb. Çox sürətli nəbz və qızdırmanın müşahidə edildiyini bildirən mütəxəssis ümumilikdə uşaqlarda simptomları yüngül adlandırıb.


Xatırladaq ki, "omicron" ştamının yayılmasının mərkəzi Afrikanın cənubunadır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar